Gürcüstanın keçmiş ədliyyə naziri Kiyevdə döyülüb
Region
- 07 fevral, 2022
- 16:56
Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012), hazırda Ukrayna Baş prokurorunun müşaviri Zurab Adeişvili Kiyevdə hücuma məruz qalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Bildirilib ki, Z.Adeişviliyə yaxınlaşan naməlum şəxslər onu döyüblər. İnsidentin sabiq nazirin Gürcüstandakı fəaliyyəti ilə bağlı olduğu qeyd edilib.
Müşavir xəstəxanada həkimlərin nəzarəti altındadır, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.
Kiyev polisindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Z.Adeişvili ötən ilin aprelində Gürcüstan vətəndaşlığından imtina edib. O, vətəndə bir neçə cinayət işi üzrə qiyabi olaraq həbs cəzasına məhkum edilib və axtarışa verilib.
Son xəbərlər
17:23
"IndiGo" İran ətrafındakı vəziyyətə görə Bakı də daxil olmaqla bir sıra uçuşları dayandırır
İnfrastruktur17:17
Foto
Səyyar ASAN xidmət avtobusu Cəlilabadda xidmət göstərir
Sosial müdafiə17:12
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərarını dəyişib
Maliyyə17:11
Reşford "Barselona"da qalmaq naminə maaşının azaldılmasına razıdır
Futbol17:09
Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
Xarici siyasət17:06
Makron Putinlə dialoqa hazırlıq barədə məlumat verib
Digər ölkələr17:03
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarına təyinatlar açıqlanıb
Futbol17:02
Çin TBNM üzrə Nançan-Bakı dəmir yolu yükdaşıma marşrutunu işə salıb
İnfrastruktur17:00