Gürcüstanın keçmiş baş nazirinin oğlu həbs olundu
Region
- 16 mart, 2021
- 10:11
Gürcüstanın sabiq baş naziri Zurab Jvaniyanın (2003-2005) oğlu 24 yaşlı Besarion Jvaniya üç il müddətinə azadlıqdan məhrum edilib.
“Report”un yerli bürosu xəbər verir ki, o, iş adamı və keçmiş deputat Levan Topadzenin nəvəsi Qogi Topadzenin qəsdən qətlə yetirməyə cəhddə ittiham olunur.
Məhkəmə qərarına əsasən, B.Jvaniya həbs müddətinin yarısını cəzaçəkmə müəssisəsində çəkəcək, yerdə qalan müddət isə şərti hesab olunacaq.
Qeyd edək ki, Z.Jvaniyanın oğlu və L.Topadzenin nəvəsi arasında şəxsi münaqişə zəminində insident ötən ilin avqustun 2-də baş verib. Hadisə nəticəsində Q.Topadze çoxsaylı bıçaq yaraları alıb və daha sonra əməliyyat olunub.
Son xəbərlər
15:35
Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH
Analitika15:29
Mariya Kirilyuk: "Avropa çempionatında əla iş gördük və böyük təcrübə qazandıq"
Komanda15:28
"Sizin Lombard" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə15:27
"Toğanalı" KSES-də istehsal olunan enerjinin həcmi məlum olub
Energetika15:26
Aİ Ermənistan üçün müvəqqəti ticarət güzəştlərini razılaşdırıb
Digər ölkələr15:22
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa olunub
Hadisə15:21
Azərbaycandan Ermənistana 100 tona yaxın dizel yanacağı ixrac olunacaq
İnfrastruktur15:18
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
Futbol15:17