Gürcüstanın keçmiş baş naziri Tbilisi meri vəzifəsinə namizəd olub

Gürcüstanın keçmiş baş naziri Tbilisi meri vəzifəsinə namizəd olub Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariyanın Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürülüb.
Region
209
1 Sentyabr , 2021 19:21
Gürcüstanın keçmiş baş naziri Tbilisi meri vəzifəsinə namizəd olub
Giorgi Qaxariya

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariyanın Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü sədri olduğu “Gürcüstan naminə” partiyasının yerli seçkilər üçün namizədlərin təqdimetmə mərasimində bildirib.

G.Qaxariya çıxışında deyib ki, “Gürcüstan naminə” partiyası ölkədə nüfuzu artan yeganə siyasi təşkilatdır.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın hökumət başçısı olub. Vəzifəsindən istefa verən 46 yaşlı siyasətçi hakim Gürcü Arzusu Partiyasını da tərk edib. O, “Gürcüstan naminə” adlı partiyanı bu ilin mayında yaradıb.

Qonşu ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu ilin oktyabrın 2-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi