Gürcüstanın istefa vermiş spikeri deputat mandatından da imtina edib

Gürcüstanın istefa vermiş spikeri deputat mandatından da imtina edib Gürcüstan parlamentinin istefa vermiş sədri Kaxa Kuçava deputat mandatından da imtina edib.
Region
24 Dekabr , 2021 20:08
Gürcüstanın istefa vermiş spikeri deputat mandatından da imtina edib

Gürcüstan parlamentinin istefa vermiş sədri Kaxa Kuçava deputat mandatından da imtina edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın Prosedur məsələlər üzrə komitəsinin sədr müavini Quram Maçaraşvili jurnalistlərə bildirib.

O, K.Kuçavanın parlamenti tərk etməsinə baxmayaraq, hakim komandada qalacağını qeyd edib.

Sabiq spiker öz növbəsində fəaliyyətini hakim "Gürcü Arzusu" Partiyasının Siyasi Şurasında davam etdirəcəyini deyib.

Parlamentə yeni sədr gələn həftə növbədənkənar iclasda seçiləcək. “Gürcü Arzusu” bu vəzifəyə qanunverici orqanın Təhsil və elm komitəsinin sədri Şalva Papuaşvilinin namizədliyini irəli sürüb.

Son xəbərlər

Orphus sistemi