Gürcüstanın istefa vermiş spikeri deputat mandatından da imtina edib
Region
- 24 dekabr, 2021
- 16:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan parlamentinin istefa vermiş sədri Kaxa Kuçava deputat mandatından da imtina edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın Prosedur məsələlər üzrə komitəsinin sədr müavini Quram Maçaraşvili jurnalistlərə bildirib.
O, K.Kuçavanın parlamenti tərk etməsinə baxmayaraq, hakim komandada qalacağını qeyd edib.
Sabiq spiker öz növbəsində fəaliyyətini hakim "Gürcü Arzusu" Partiyasının Siyasi Şurasında davam etdirəcəyini deyib.
Parlamentə yeni sədr gələn həftə növbədənkənar iclasda seçiləcək. “Gürcü Arzusu” bu vəzifəyə qanunverici orqanın Təhsil və elm komitəsinin sədri Şalva Papuaşvilinin namizədliyini irəli sürüb.
Son xəbərlər
16:52
AK uşaqların sosial şəbəkələrdən istifadəsinə dair milli qanunların təxirə salınmasını tələb edir
Digər ölkələr
16:50
Ceyranbatanda 10 şagird zəhərlənib
Hadisə
16:46
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
Futbol
16:46
Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinə yekun vurulub
Futbol
16:37
Bartolomey Kubkovski: "Oceanman Azerbaijan Sea Breeze" ən yaxşı turnirlərdən biri olacaq"
Fərdi
16:31
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
Hadisə
16:25
Azərbaycan və İordaniya energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Energetika
16:21
Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək
Sağlamlıq
16:20
Azərbaycan İsveçrəyə neft satışını 3 dəfə artırıb
Energetika