Gürcüstanın hakim Gürcü Arzusu Partiyası seçki siyahısını təqdim edib.
"Report"un yerli bürosu xəbər verir ki, 150 nəfərlik siyahıda iki azərbaycanlı da yer alıb.
Soydaşımız Savalan Mirzəyev siyahıda 35-ci, Zaur Darğallı isə 127-ci yerdədir.
Qeyd edək ki, S.Mirzəyev Gürcüstanın IX çağırış parlamentində “Gürcü Arzusu”nun Qardabanidən seçilən deputatı olub. Bu vaxta qədər Marneulinin meri olan Z.Darğallı həmçinin hakim partiyanın Marneuli-Qardabani dairəsi üzrə majoritar sistem üzrə deputatlığa namizədidir.
Qonşu ölkədə oktyabrın 31-də keçiriləcək parlament seçkilərində 30 deputat majoritar, 120-si isə proporsional sistem üzrə seçiləcək.