Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır

Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır Gürcüstanın hakim partiyası Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatına sərt cavab verib.
Region
15 Oktyabr , 2024 11:57
Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır

Gürcüstanın hakim partiyası Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatına sərt cavab verib.

"Report"un yerli bürosu xəbər verir ki, “Gürcü Arzusu” partiyasının deputatı İrakli Kirtxalia bu barədə danışıb.

“Belə yüksək tribunadan belə yüksək səviyyəli nümayəndənin belə bəyanatları nə ikili, nə də üçlü standartlardır. Bu, hər cür reallıqdan uzaq, çox ədalətsiz bir bəyanatdır”, - deyə deputat bildirib.

Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri J.Borrell Gürcüstanın Avropaya inteqrasiya yolundan çıxdığını bəyan edib.

Borrell daha əvvəl LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağıraraq bildirmişdi ki, Gürcüstanı belə bir qanunla ölkəni Avropa İttifaqına üzvlükdən uzaqlaşdırır.

Son xəbərlər

Orphus sistemi