Gürcüstanın hakim partiyasına bu gün yeni sədr seçiləcək

Gürcüstanın hakim partiyasına bu gün yeni sədr seçiləcək Bu gün Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurultayı keçiriləcək.
Region
16 Yanvar , 2021 09:21
Gürcüstanın hakim partiyasına bu gün yeni sədr seçiləcək

Bu gün Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurultayı keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, 400-ə yaxın nümayəndənin iştirak edəcəyi toplantıda yeni sədr və Siyasi Şuraya 21 üzv seçiləcək.

Sədr postuna namizəd partiyanın icraçı katibi, keçmiş parlament sədri İrakli Kobaxidzedir. Qurultayda həmçinin icraçı və baş katib vəzifələrinə də seçkilər keçiriləcək.

Qeyd edək ki, “Gürcü Arzusu”nun keçmiş sədri Bidzina İvanişvili yanvarın 11-də istefa verərək siyasətdən getdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi