Gürcüstanın hakim partiyası və DİN kiberhücumlara məruz qalıb

Gürcüstanın hakim partiyası və DİN kiberhücumlara məruz qalıb Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının serverinə geniş miqyaslı kiberhücum həyata keçirilib
Region
23 Fevral , 2021 12:53
Gürcüstanın hakim partiyası və DİN kiberhücumlara məruz qalıb

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının serverinə geniş miqyaslı kiberhücum həyata keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə partiya məlumat yayıb.

Qeyd olunub ki, bu səbəbdən provayder şirkətin avadanlıqları sıradan çıxıb.

“Cari prosesləri nəzərə alsaq, bu cinayət əməlinin haradan qaynaqlandığını təxmin etmək çətin deyil. Aydındır ki, konkret siyasi qüvvələr üçün cinayət demək olar ki, yeganə fəaliyyət formasına çevrilib. Hüquq-mühafizə orqanlarını qeyd olunan kiber cinayətləri araşdırmağa çağırırıq”, - məlumatda vurğulanıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) də qurumun kompüterlərinə müxtəlif ölkələrdən kiberhücumlar olduğu bildirilib. DİN operativ tədbirlər nəticəsində hücumların qarşısını alıb.

Son xəbərlər

Orphus sistemi