Gürcüstanın hakim partiyası və DİN kiberhücumlara məruz qalıb
Region
- 23 fevral, 2021
- 08:53
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının serverinə geniş miqyaslı kiberhücum həyata keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə partiya məlumat yayıb.
Qeyd olunub ki, bu səbəbdən provayder şirkətin avadanlıqları sıradan çıxıb.
“Cari prosesləri nəzərə alsaq, bu cinayət əməlinin haradan qaynaqlandığını təxmin etmək çətin deyil. Aydındır ki, konkret siyasi qüvvələr üçün cinayət demək olar ki, yeganə fəaliyyət formasına çevrilib. Hüquq-mühafizə orqanlarını qeyd olunan kiber cinayətləri araşdırmağa çağırırıq”, - məlumatda vurğulanıb.
Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) də qurumun kompüterlərinə müxtəlif ölkələrdən kiberhücumlar olduğu bildirilib. DİN operativ tədbirlər nəticəsində hücumların qarşısını alıb.
Son xəbərlər
17:35
EDB Avrasiya regionuna investisiya qoyuluşu üçün 8 istiqamət təklif edir
Maliyyə17:34
Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb, cinayət işi başlanılıb
Hadisə17:29
Foto
Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub
Mədəniyyət siyasəti17:25
Azər Həşimov "Karvan-Yevlax"dan AFFA-ya şikayət edib
Futbol17:16
Estoniya XİN Rusiyaya nota verib
Digər17:13
Ankarada Türk dünyasını hədəfləyən dezinformasiya ilə mübarizə müzakirə edilib
Media17:09
AYNA-nın şirkəti rebrendinq edib
İnfrastruktur17:04
Foto
Paşinyan: Ermənistan NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verir - YENİLƏNİB
Region17:00
Foto