Gürcüstanın hakim partiyası prezident seçkilərində səsvermələr zamanı pozuntuların olduğunu açıqlayıb

Gürcüstanın hakim partiyası prezident seçkilərində səsvermələr zamanı pozuntuların olduğunu açıqlayıb Bakı. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanın hakim partiyası prezident seçkilərində səsvermələr zamanı bir sıra pozuntuların olduğunu bildirib.
Region
28 Oktyabr , 2018 10:48
Gürcüstanın hakim partiyası prezident seçkilərində səsvermələr zamanı pozuntuların olduğunu açıqlayıb
UNN

Bakı. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanın hakim partiyası prezident seçkilərində səsvermələr zamanı bir sıra pozuntuların olduğunu bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu" Partiyasının lideri, deputat Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

"Seçki məntəqələrinin əksəriyyətində Milli Hərəkat Partiyasından və digər müxalifət partiyalarından olan komissiya üzvləri funksiyaların bölüşdürülməsi üzrə püşkatmada iştirak etmirlər. Bu isə seçki qanununun pozulması deməkdir", - deyə M.Mdinaradze söyləyib.

Onun sözlərinə görə, dünən hakimiyyət orqanlarının nümayəndələri müxalifətçilərin məntəqələrdə qanunsuz şəkildə videokameralar quraşdırmağa çalışdıqları dair bir neçə hal müəyyən edib.

"Rustavi şəhərindəki məntəqələrdən birində həm "Gürcü Arzusu" Partiyasının, həm də müxalifətyönümlü təşkilatların "exit poll"u keçirilir. Bu təşkilatların nümayəndələri bizim tərəfdaş təşkilatımızın üzvlərinə "exit poll" prosesini keçirməyə mane olmağa çalışıblar. Müşahidəçiləri bütün bu pozuntuları hesabatlarında qeydə almağa çağıraram", - M.Mdinaradze əlavə edib.

Bu gün Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə keçirilir. Ölkədə 3648 seçki məntəqəsi açılıb.

Son xəbərlər

Orphus sistemi