Gürcüstanın hakim partiyası parlamentin növbədənkənar sessiyasında iştirakdan imtina edib

Region
  • 18 iyul, 2022
  • 08:02
Gürcüstanın hakim partiyası parlamentin növbədənkənar sessiyasında iştirakdan imtina edib

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası parlamentin bu günə çağırılan növbədənkənar sessiyasında iştirakdan imtina edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə parlament çoxluğunu təmsil edən deputat Givi Mikanadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hakim partiya radikal müxalifətin planlaşdırdığı diversiya prosesində iştirak etməyəcək.

G.Mikanadze “Gürcü Arzusu” fraksiyasının 81 üzvünün heç birinin növbədənkənar sessiyaya qatılmayacağını deyib.

Qeyd edək ki, qanunverici orqanın növbədənkənar sessiyasını Gürcüstan Prezidenti Salome Zurabişvili iyulun 15-də parlament müxalifətinin bir qisminin müraciəti əsasında çağırıb. Müxalifət sessiyanı Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizədlik statusu alması üçün şərtlərin mümkün qədər tez yerinə yetirilməsinə başlamaq üçün tələb edib.

44 filmi