Gürcüstanın Futbol Federasiyası Rusiya bankı ilə əməkdaşlığı dayandırıb

Region
  • 01 mart, 2022
  • 09:04
Gürcüstanın Futbol Federasiyası Rusiya bankı ilə əməkdaşlığı dayandırıb

Gürcüstanın Futbol Federasiyası (GFF) baş sponsoru olan Rusiyanın “VTB Bank”ı ilə əməkdaşlığı dayandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə federasiyadan bildirilib.

Bankın loqotipi GFF-nin bütün kommunikasiya kanallarından, çap və rəqəmsal mediadan, milli komandanın geyimindən də yığışdırılıb.

Federasiya yeni baş sponsorunu yaxın zamanlarda elan edəcək.

Qeyd edək ki, “VTB Bank”ın Gürcüstandakı törəməsi 2016-cı ildən GFF-nin rəsmi baş sponsoru olub.