​Gürcüstanın ən iri bankında böyük məbləğdə pul itib

​Gürcüstanın ən iri bankında böyük məbləğdə pul itib Sofya Balavadze: "Baş verənlər bankın işinə və müştəri xidmətinə təsir etməyəcək"
Region
26 Oktyabr , 2015 19:11
​Gürcüstanın ən iri bankında böyük məbləğdə pul itib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Gürcüstanın "Bank of Georgia" ticarət bankından böyük məbləğdə pul yoxa çıxıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda bankın ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin mətbuat xidmətinin rəhbəri Sofya Balavadze bildirib.

Onun sözlərinə görə, ən azı yüz min dollar itib: "Pulun "Rustavi-2" telekanalının "Azadlıq meydanı" yaxınlığında təşkil etdiyi konsert zamanı oradakı filialdan yoxa çıxması ehtimallardan biridir".

Sofya Balavadze istintaq prosesi getdiyindən hadisənin detalları barədə danışmaqdan imtina edib: "Hadisə doğrudan baş verib. Detalları haqda məlumat verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bu, silahlı qarət olmayıb. Bununla belə, olay pulla bağlıdır".

Onun sözlərinə görə, baş verənlər bankın işinə və müştəri xidmətinə təsir etməyəcək.

Qeyd edək ki, "Bank of Georgia" Gürcüstanın ən böyük ticarət banklarındandır.

Son xəbərlər

Orphus sistemi