Gürcüstanın dövlət qurumlarında rüşvət halları artıb

Gürcüstanın dövlət qurumlarında rüşvət halları artıb Bu ilin yanvar-iyun aylarında Gürcüstanın dövlət qurumlarında 40 rüşvət alma faktı qeydə alınıb.
Region
20 Avqust , 2019 14:02
Gürcüstanın dövlət qurumlarında rüşvət halları artıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın dövlət qurumlarında 40 rüşvət alma faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin dövlət idarələrində rüşvət halları 42,86% artıb. Ötən ilin ilk altı ayı ərzində bu göstərici 28 təşkil edib.

Hesabat dövründə 149 məmur vəzifə səlahiyyətlərini aşıb, 42-si isə xidməti vəzifəsindən sui-istifadə edib. Vəzifə səhlənkarlığı ilə bağlı 33, xidməti saxtakarlıqla bağlı isə 17 hala yol verilib. 

Son xəbərlər

Orphus sistemi