Gürcüstanın dövlət naziri azərbaycanlı ailələrə yardım paylayıb

Gürcüstanın dövlət naziri azərbaycanlı ailələrə yardım paylayıb Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziriTea AxvledianiQardabaninin azərbaycanlılar yaşayan Qaracalar kəndinə baş çəkib.
Region
339
19 Avqust , 2020 16:58
Gürcüstanın dövlət naziri azərbaycanlı ailələrə yardım paylayıb
Tea Axvlediani

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Qardabaninin azərbaycanlılar yaşayan Qaracalar kəndinə baş çəkib.

“Report”un yerli bürosu xəbər verir ki, o, baş nazirin insan haqları üzrə müşaviri Lela Akiaşvili və Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili ilə birgə kənddə yaşayan sosial təminatsız ailələrə baş çəkib.

Dövlət nazirinin Aparatının təşkilatçılığı və UNICEF təşkilatının maliyyə dəstəyi ilə sosial müdafiəsiz 82 ailəyə qida məhsulları və gigiyenik vasitlərdən ibarət bağlamalar təqdim olunub.

T.Axvlediani bildirib ki, Gürcüstan hökuməti pandemiyanın yaratdığı yeni ehtiyacları diqqətə almaqla etnik azlıqlara dəstək göstərməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi