Gürcüstanın dövlət müstəqilliyinin bərpasından 30 il ötür

Gürcüstanın dövlət müstəqilliyinin bərpasından 30 il ötür Gürcüstanda 9 Aprel faciəsinin 32-ci ildönümü tamam olur
Region
9 Aprel , 2021 01:07
Gürcüstanın dövlət müstəqilliyinin bərpasından 30 il ötür
0 : 00
0 : 00

Gürcüstanda 9 Aprel faciəsinin 32-ci ildönümü tamam olur.

“Report”un yerli bürosu xatırladır ki, 1989-cu ilin bu günündə sovet ittifaqının hərbi qüvvələrinin bir hissəsi Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında müstəqillik tələbi ilə keçirilən dinc aksiyanı amansızlıqla dağıdıb.

Nəticədə 18-i qadın olmaqla 21 nəfər həlak olub, minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib.

Qanlı hadisədən iki il sonra 1991-ci ilin aprelin 9-da Gürcüstanın Ali Şurası dövlət müstəqilliyinin bərpasını elan edib. 9 aprel Gürcüstan tarixinə qanlı səhifə ilə yanaşı, dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub.

Bu gün Gürcüstanda qeyri-iş günüdür.

Gürcü xalqı dövlət müstəqilliyi uğrunda canlarından keçən qəhrəman övladlarının əziz xatirəsini parlament binasının qarşısındakı memorial abidə önündə yad edir.

Son xəbərlər

Orphus sistemi