Gürcüstanın biznes ombudsmanı “Avro 5” yanacaq standartına keçidin təxirə salınmasını dəstəkləyir

Gürcüstanın biznes ombudsmanı “Avro 5” yanacaq standartına keçidin təxirə salınmasını dəstəkləyir Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadze ölkənin neft məhsulları idxal edən şirkətlərinin nümayəndələri ilə görüş keçirib.
Region
17 Sentyabr , 2019 15:33
Gürcüstanın biznes ombudsmanı “Avro 5” yanacaq standartına keçidin təxirə salınmasını dəstəkləyir

Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadze ölkənin neft məhsulları idxal edən şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstanda 2020-ci ilin yanvarın 1-dən etibarən dizel yanacağının keyfiyyəti ilə yeni standartların tətbiqi məsələsi müzakirə olunub.

Müzakirələr zamanı bildirilib ki, yeni “Avro 5” standartı 2020-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minərsə, 2020-2021-ci illərdə Azərbaycandan Gürcüstana dizel yanacağının idxalı tam məhdudlaşacaq.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi ölkədə “Avro 5” standartına keçidin bir il müddətinə təxirə salınmasını xahiş edib.

İ.Lekvinadze görüşdə əhəmiyyətli faktorların səsləndirildiyini bildirib. Onun sözlərinə görə, Gürcüstana idxal olunan dizel yanacağının 40%-i Azərbaycanın payına düşür və yeni standartın tətbiqindən sonra idxalın bu hissəsi tam olaraq məhdudlaşacaq: “Bizim aparat Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi və Azərbaycan Dövlət Neft Şirkəti ilə məsələ ilə bağlı əlaqə saxlayıb. Biz məsələ ilə bağlı təkliflər hazırlayacağıq. Bu gün özəl sektordan aldığımız məlumat bu məsələnin yüksək səviyyədə qaldırılması üçün yaxşı zəmin yaradır”.

Biznes ombudsman Gürcüstanda “Avro 4” dizel yanacağının istifadəsinə bir illik moratoriumun tətbiq olunması təklifini dəstəklədiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi