Tbilisinin elektrik enerjisi ilə təminatı bərpa olunub - YENİLƏNİB-2

Tbilisinin elektrik enerjisi ilə təminatı bərpa olunub - YENİLƏNİB-2 Gürcüstanın payaxtı Tbilisinin əksər hissəsinin elektrik enerjisi ilə təminatında problem yaranıb.
Region
14 İyun , 2021 15:14
Tbilisinin elektrik enerjisi ilə təminatı bərpa olunub - YENİLƏNİB-2

Tbilisinin elektrik enerjisi ilə təminatı tam bərpa olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dövlət Elektrik Sistemi” SC məlumat yayıb.

Bildirilib ki, bölgə abunəçilərinə işığın verilməsinin bərpası üzrə işlər davam etdirilir.

14:58

Gürcüstanda elektrik enerjisinin təminatında yaranan problemə qəza səbəb olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dövlət Elektrik Sistemi” SC-dən bildirilib.

Məlumata əsasən, bu gün saat 14:00-da qəza səbəbindən 500 kilovatlıq “İmereti” elektrik ötürücü xətt və “İnquri” SES dayandırılıb. Bu səbəbdən Gürcüstan əhalisinin böyük hissəsinin elektrik enerjisi ilə təminatında məhdudiyyətlər yaranıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir.

14:30

Gürcüstanın payaxtı Tbilisinin əksər hissəsinin elektrik enerjisi ilə təminatında problem yaranıb.

“Report”un yerli bürosu xəbər verir ki, bəzi bölgələrdə də işığın verilməsi dayandırılıb.

Problemin səbəbi hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi