Gürcüstanın baş nazirinə yeni müavinlər təyin olunub

Gürcüstanın baş nazirinə yeni müavinlər təyin olunub Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə iki yeni müavin təyin olunub.
Region
12 İyul , 2021 11:31
Gürcüstanın baş nazirinə yeni müavinlər təyin olunub
İrakli Qaribaşvili

Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə iki yeni müavin təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu gündən müavin postlarını mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani və ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvli tutacaq.

Bununla İ.Qaribaşvilinin müavinlərinin sayı 3 nəfərə çatıb. Xarici işlər naziri David Zalkaliani də baş nazirin müavinidir.

Son xəbərlər

Orphus sistemi