Gürcüstanın Baş naziri sələfini axmaq və xain adlandırıb

Gürcüstanın Baş naziri sələfini axmaq və xain adlandırıb “Giorgi Qaxariya çox axmaqdır. Biz onun simasını, başını, hər şeyini necə itirdiyini gördük”.
Region
28 Sentyabr , 2021 11:54
Gürcüstanın Baş naziri sələfini axmaq və xain adlandırıb
İrakli Qaribaşvili

“Giorgi Qaxariya çox axmaqdır. Biz onun simasını, başını, hər şeyini necə itirdiyini gördük”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O, sələfini sabiq prezident Mixeil Saakaşvilinin “marionet kuklası” adlandırıb: “Qaxariya Saakaşvilinin müttəfiqidir. O, bizim komandanı məyus etdi, çünki klassik xaindir. Bir gürcünün satqın adlandırılmasından böyük faciə nə ola bilər?”

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın hökumət başçısı olub. 46 yaşlı siyasətçi hakim komanda ilə fikir ayrılıqlarına görə istefa verib. O, daha sonra “Gürcüstan naminə” adlı partiya yaradıb. Keçmiş baş nazir yerli seçkilərə Tbilisi meri vəzifəsinə namizəd kimi qatılıb.

Son xəbərlər

Orphus sistemi