Gürcüstanın baş naziri müxalifət liderinin həbsinə münasibət bildirib

Gürcüstanın baş naziri müxalifət liderinin həbsinə münasibət bildirib Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsinə münasibət bildirib
Region
23 Fevral , 2021 11:37
Gürcüstanın baş naziri müxalifət liderinin həbsinə münasibət bildirib
İrakli Qaribaşvili

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsinə münasibət bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu gün hamının Gürcüstanın hüquqi və güclü dövlət olduğunu gördüyünü deyib.

İ.Qaribaşvili ölkədə polisinin güclü və Daxili İşlər Nazirliyinin effektiv fəaliyyət göstərdiyini bildirib: “Hökumət adından daxili işlər naziri Vaxtanq Qomelauri və bütün polislərə təşəkkür edirəm. Onlar dövlətin ləyaqətini və sabitliyini qorudular. Bir daha qeyd edirəm ki, biz qanunun aliliyi ilə idarə olunan dövlətik”.

Son xəbərlər

Orphus sistemi