Gürcüstanın Baş naziri müsəlmanları təbrik edib

Gürcüstanın Baş naziri müsəlmanları təbrik edib Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
Region
2 May , 2022 11:16
Gürcüstanın Baş naziri müsəlmanları təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Ramazanı mənəvi təmizlənmə, xeyirxahlıq və bir-birinə qayğının böyük bayramı adlandırıb.

Hökumət başçısı hər bir müsəlmana Ramazan ayının başa çatması münasibətilə səmimi təbriklərini çatdırıb: “Biz əsrlər boyudur ümumi vətənimizi qardaşlıq və dostluğumuzla qururuq, gələcəyimizi birlikdə yaratmalıyıq. Vətəndaşlarımızla birgə sizin bayrama qoşuluruq və sizə sülh, firavanlıq, cansağlığı və uğurlar arzulayıram”.

Son xəbərlər

Orphus sistemi