Gürcüstanın Baş naziri Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Gürcüstanın Baş naziri Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ilin 18-20 fevral tarixində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında (MTK) iştirak edəcək.
Region
28 Yanvar , 2022 10:14
Gürcüstanın Baş naziri Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
İrakli Qaribaşvili

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ilin 18-20 fevral tarixində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında (MTK) iştirak edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı beynəlxalq tədbirin rəhbəri Volfqanq İşingerdən dəvət alıb.

V.İşinger bildirib ki, MTK debatlar çərçivəsində beynəlxalq təhlükəsizlik üzrə ən mühüm məsələlər ətrafında yüksək səviyyədə fikir mübadiləsi aparmağa unikal imkan verəcək.

Qeyd edək ki, MTK hər ilin fevral ayında 450-dən çox yüksək ali şəxslər və liderlərin iştirakı ilə keçirilir. Ötən il tədbir koronavirus pandemiyası səbəbindən onlayn formatda baş tutub.

Son xəbərlər

Orphus sistemi