Gürcüstanın Baş naziri İsrailə səfər edəcək
Region
- 30 may, 2022
- 05:32
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün İsrailə səfər edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, İ.Qaribaşvili israilli həmkarı Naftali Bennetlə görüşəcək. Bundan başqa, yüksək səviyyəli digər görüşlər də planlaşdırılıb.
Baş nazir səfər çərçivəsində Holokost Memorialına əklil qoyacaq, həmçinin Qüds patriarxı III Feofil ilə də görüşəcək.
Qeyd edək ki, ötən gün İ.Qaribaşvili İordaniya Krallığında səfərdə olub. Kral II Abdullah və Şahzadə Qazinin qərarı ilə Gürcüstana İordan çayının sahilində 4 min kvadrat metrlik torpaq sahəsi təmənnasız olaraq təqdim edilib. Həmin ərazidə Gürcüstan mədəniyyət mərkəzi inşa olunacaq.
Son xəbərlər
05:12
Tramp KXDR-ə qarşı genişmiqyaslı hərbi təlimləri bəyənmir
Digər ölkələr04:34
Şahzadə Harri, Meqan Markl və övladları Böyük Britaniyaya qayıdırlar
Digər ölkələr04:08
Ekvadorun Kəşfiyyat Mərkəzinin rəhbəri Keniyada helikopter qəzasında ölüb
Digər ölkələr03:47
Tramp İrana qarşı misli görünməmiş iqtisadi təzyiqləri elan edib
Digər ölkələr03:16
Türkiyə Yunanıstanın bərpa olunan enerji ilə bağlı yeni reqlamentini tanımayıb
Region02:50
Hemmati: ABŞ müqavilə çərçivəsində İranın xarici aktivlərini açmayıb
Digər ölkələr02:20
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hapoel" yüksək səviyyəli komandadır"
Futbol02:07
Tramp: Hörmüz boğazı əvvəlki kimi əhəmiyyətli olmayacaq
Digər ölkələr01:39