“Laım olarsa, mən Baş Prokurorluğa gedib ifadə verəcək ilk baş nazir olmağa hazıram”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında bildirib.
O, Tbilisidə iyunun 20-21-də baş verən hadisələrlə bağlı istintaqa daxili işlər naziri kimi ifadə verdiyini xatırladıb.
Baş nazirin sözlərinə görə, həmin hadisələr zamanı səlahiyyətlərin aşılması ilə bağlı tək-tük hallar olub: “Həmin faktlar üzrə araşdırma aparılır. İstintaq davam edir. Əgər 10 nəfəri həbs etmək lazım olacaqsa, onları həbs edəcəklər. Lazım olarsa, 20 nəfəri də həbs edəcəklər”.