“Pirveli” televiziya kanalının yaydığı səsyazısı tamamilə yolverilməz və qəbulolunmaz təxribatdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, həm hakimiyyət nümayəndələri, həm də müxalifət bu cür təxribatlardan çəkinməlidir:
“Təxribatın hansı səbəbdən törədildiyini çox yaxşı anlayırıq. Bunu haradan və kim tərəfdən qaynqlandığını bilirik. Bu, əlbəttə ki, Mixeil Saakaşvilinin cəhdidir. Çirkin provakasiyaya məhz hakimiyyət və müxalifət arasında siyasi dialoqda razılaşmanın real konturları meydana gələrkən əl atılıb”.
İ.Qaribaşvili müxalifətin sağlam və konstruktiv hissəsinin təxribatdan uzaq duracağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, “Pirveli” telekanalı martın 6-da hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb. Audioyazıda tərəflər feysbuk sosial şəbəkəsində neqativ şərhlər yazan məktəblinin cəzalandırılmasını müzakirə edirlər.