Gürcüstanın baş naziri Ermənistana rəsmi səfər edəcək

Region
  • 30 noyabr, 2017
  • 12:56
Gürcüstanın baş naziri Ermənistana rəsmi səfər edəcək
Gürcüstanın baş naziri Georgi Kvirkaşvili

Bakı. 30 noyabr. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirkaşvili  dekabrın 1-də Ermənistana rəsmi səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində G.Kvirkaşvili Ermənistan prezidenti Serj Sarqsyan, parlamentin sədir Ara Babloyan və baş nazir Karen Karapetyanla görüşəcək.

Danışıqların yekununda Gürcüstan və Ermənistanın baş nazirləri KİV nümayəndələri üçün bəyanatla çıxış edəcəklər.

44 filmi