“Gürcüstan iki qonşu ölkə - Azərbaycan və Ermənistan arasında mediasiya prosesində iştirak etməkdə davam edəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.
O, oktyabrın 8-də Ermənistana etdiyi səfərin çox uğurlu keçdiyini bildirib: “Əsas müzakirə mövzularından biri regional əməkdaşlıq və Gürcüstanın bölgədə üç ölkənin sıx əməkdaşlığını nəzərdə tutan Dinc Qonşuluq Təşəbbüsü olub”.
İ.Qaribaşvili Azərbaycan və Ermənistan arasında vasitəçilikdə çox fəallıq etdiyini bildirib: “Bu prosesdə Gürcüstanın vacib və böyük rolu var. Bu ilin iyununda Azərbaycan və Ermənistan arasında vasitəçiliyimz, hər iki ölkə liderinin razılığı ilə uğurlu presedentə nail olundu”.