Kobaxidze: ABŞ və Aİ-nin cəzaları münasibətlərin yenidən qurulması ilə bağlı gözləntiləri doğrultmur

Kobaxidze: ABŞ və Aİ-nin cəzaları münasibətlərin yenidən qurulması ilə bağlı gözləntiləri doğrultmur ABŞ və Avropa İttifaqının (Aİ) cəzaları münasibətlərin yenidən qurulması ilə bağlı gözləntilərimizi doğrultmur.
Region
11 İyul , 2024 12:11
Kobaxidze: ABŞ və Aİ-nin cəzaları münasibətlərin yenidən qurulması ilə bağlı gözləntiləri doğrultmur

ABŞ və Avropa İttifaqının (Aİ) cəzaları münasibətlərin yenidən qurulması ilə bağlı gözləntilərimizi doğrultmur.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Son 4 ildə baş verən siyasi hadisələrin fonunda bu münasibətlərin həqiqətən yenidən qurulmasına ehtiyac var və Gürcüstan tərəfi, hökumətimiz əvvəldən axıra qədər buna hazırdır. Bu cür qərarlar münasibətlərin yenidən başlaması baxımından qeyri-məhsuldardır, baxmayaraq ki, mən hələ də gələcəkdə praqmatik, rasional, düzgün və ədalətli addımların atılacağına ümid edirəm”, - deyə İ.Kobaxidze bildirib.

Qeyd edək ki, iyulun 5-də ABŞ Gürcüstanda “Noble Partner” hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib və iyulun 9-da məlum olub ki, Aİ Gürcüstan Müdafiə Nazirliyi üçün nəzərdə tutulan 30 milyon avronun dondurulmasına qərar verib.

Son xəbərlər

Orphus sistemi