Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürülür

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürülür
Region
181
30 İyun , 2020 15:05
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürülür

İyulun 6-da Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) kəndində sərt karantin rejimi ləğv olunacq.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Kənddə koronavirusa son yoluxma halı iyunun 20-də qeydə alınıb.

Qeyd edək ki, Muşevanidə sərt karantin rejimi aprelin 25-dən tətbiq olunub. Kənddə 80 nəfər COVID-19-a yoluxub.