Gürcüstanın azərbaycanlı ziyalısı vəfat edib

Gürcüstanın azərbaycanlı ziyalısı vəfat edib Gürcüstanın azərbaycanlı icmasının fəal üzvü Qəhrəman Musayev vəfat edib.
Region
20 Avqust , 2021 16:26
Gürcüstanın azərbaycanlı ziyalısı vəfat edib
Qəhrəman Musayev

Gürcüstanın azərbaycanlı icmasının fəal üzvü Qəhrəman Musayev vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, 67 yaşında koronavirusdan dünyasını dəyişib.

Q.Musayev son günlər reanimasiya şöbəsində müalicə olunub. Vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Q.Musayev müharibə veteranı olub, 1989-1993-ci illərdə Abxaziya və Tsxinvali bölgəsində Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşub. O, daxili işlər orqanlarında mayor rütbəsinə qədər yüksəlib. Tbilisidə dövlət idarələrində müxtəlif vəzifələrdə çalışıb. Uzun illər Tbilisidə Mirzə Fətəli Axundzadə adına 73 saylı azərbaycandilli ictimai məktəbin müəllimi olub. Q.Musayev həmçinin Gürcüstan Azərbaycanlıları Konqresinin Tbilisi üzrə təmsilçisi kimi də fəaliyyət göstərib.

Allah rəhmət eləsin.

Son xəbərlər

Orphus sistemi