Gürcüstanın azərbaycanlı deputatı gürcü həmkarına irad bildirib

Gürcüstanın azərbaycanlı deputatı gürcü həmkarına irad bildirib O, qanunverici orqanın plenar iclasında bu fikirlərlə razılaşmadığını deyib
Region
22 Fevral , 2021 17:56
Gürcüstanın azərbaycanlı deputatı gürcü həmkarına irad bildirib
Savalan Mirzəyev

Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyev gürcü həmkarı Aleksandre Elisaşvilinin azəraycanlı uşaqların gürcü dilində salamlaşa bilməmələri barədə fikirlərinə münasibət bildirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, qanunverici orqanın plenar iclasında bu fikirlərlə razılaşmadığını deyib.

Onun sözlərinə görə, azərbaycanlılar da A.Elisaşvilinin sözlərinə reaksiya veriblər: “Gürcüstanın ali məktəblərində 3 500-ə yaxın azərbaycanlı tələbə gürcü dilində təhsil alır. Bu, onu sübut edir ki, azərbaycanlılar arasında gürcü dilinə maraq çox böyükdür. Gürcüstan hökuməti 2012-ci ildən dövlət dilinin tədrisi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Bu istiqamət üzrə yeni proqramlar planlaşdırılır”.

Deputatın fikrincə, gürcü həmkarının sözləri etnik azlıqların inteqrasiya prosesinin qarşısını ala bilər: “Bundan sonra bu cür bəyanatlar səsləndirərkən çox diqqətli olmağınızı xahiş edirəm”.

Son xəbərlər

Orphus sistemi