Gürcüstanın azərbaycandilli məktəbi koronavirusa görə bağlanıb

Gürcüstanın azərbaycandilli məktəbi koronavirusa görə bağlanıb Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndinin azərbaycandilli ictimai məktəbində koronavirus aşkarlanıb.
Region
17 Noyabr , 2020 15:49
Gürcüstanın azərbaycandilli məktəbi koronavirusa görə bağlanıb
0 : 00
0 : 00

Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndinin azərbaycandilli ictimai məktəbində koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, məktəbin bir neçə müəlliminin COVID-19-a yoluxduğu təsdiqlənib.

Bu səbəbdən siniflərdə dərslər dayandırılıb və təhsil müəssisəsi distant rejimə keçib.

Məktəbdə dezinfeksiya işləri aparılacaq.

Saqarecoda mövcud 26 ictimai məktəbin 16-da tədris prosesi adi, 10 məktəbdə isə artıq bir neçə həftədir distant formada davam etdirilir.

Son xəbərlər

Orphus sistemi