Gürcüstanın Avropa İttifaqındakı səfiri istefa verdi

Gürcüstanın Avropa İttifaqındakı səfiri istefa verdi Keçmiş səfir Gürcüstanın Avropa gələcəyinə inandığını qeyd edib
Region
21 Mart , 2021 12:09
Gürcüstanın Avropa İttifaqındakı səfiri istefa verdi
Natalia Sabanadze

Gürcüstanın Belçika Krallığı və Lüksemburqdakı səfiri, Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri Natalia Sabanadze vəzifəsini tərk edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

N.Sabanadze bu vəzifələrdə səkkiz ilə yaxındır çalışdığını bildirib: “Bu, mənim üçün böyük şərəf və məsuliyyət olub. Bu gün bu səhifəni çevirməyin zamanı yetişib”.

Keçmiş səfir Gürcüstanın Avropa gələcəyinə inandığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi