Gürcüstanın Aİ-dəki keçmiş səfiri Giorgi Qaxariyanın partiyasına qoşulub

Gürcüstanın Aİ-dəki keçmiş səfiri Giorgi Qaxariyanın partiyasına qoşulub Gürcüstanın Avropa İttifaqındakı nümayəndəliyinin keçmiş rəhbəri Natalia Sabanadze sabiq baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasına qoşulub.
Region
30 İyul , 2021 11:32
Gürcüstanın Aİ-dəki keçmiş səfiri Giorgi Qaxariyanın partiyasına qoşulub

Gürcüstanın Avropa İttifaqındakı nümayəndəliyinin keçmiş rəhbəri Natalia Sabanadze sabiq baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasına qoşulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə G.Qaxariya məlumat verib.

Onun sözlərinə görə, N.Sabanadze partiyada beynəlxalq əlaqələr üzrə məsləhətçi vəzifəsini tutacaq.

G.Qaxariya qeyd edib ki, sabiq səfirin onlara qoşulması komandanın gücləndirilməsi istiqamətində daha bir addım olacaq.

Qeyd edək ki, N.Sabanadze bu ilin martın 21-də istefa verib.

Son xəbərlər

Orphus sistemi