Gürcüstanın Acariya bölgəsinə çəhrayı qar yağıb

Gürcüstanın Acariya bölgəsinə çəhrayı qar yağıb Buna Şimali Afrika və Yaxın Şərqdə baş vermiş qum qasırğası səbəb olub
Region
101
25 Mart , 2018 11:45
Gürcüstanın Acariya bölgəsinə çəhrayı qar yağıb

Tbilisi. 25 mart. REPORT.AZ/ Gürcüstanın Acariya regionunda yerləşən Qoderdzi dağ-xizək istirahət zonasına çəhrayı rəngli qar yağıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, martın 25-də səhər saatlarında turistlər gördüklərindən təəccübləniblər və hadisə ilə bağlı yerli hakimiyyət orqanlarına müraciət ediblər.

Sinoptiklər bildiriblər ki, narahatçılığa əsas yoxdur. Çəhrayı rəngdə qarın yağmasına Şimali Afrika və Yaxın Şərqdə baş vermiş qum qasırğası səbəb olub.

Mütəxəssislər bildirirlər ki, qum qasırğasının Şimali Afrika və Yaxın Şərqdən havaya qaldırdığı qum və kül güclü hava axını ilə Qara dəniz hövzəsinə daxil olub. Gürcüstanın bəzi bölgələrində və paytaxt Tbilisidə səma çəhrayı rəngə boyanıb. Havadakı sarı qum və kül yağış və qarla birlikdə yerə çöküb və nəticədə maraqlı mənzərə yaranıb.

Sinoptiklərin sözlərinə görə, təbiət hadisəsi insanlar və ekologiya üçün təhlükə yaratmır.

Son xəbərlər

Orphus sistemi