Gürcüstandan avtomobil ixracı 94% azalıb

Gürcüstandan avtomobil ixracı 94% azalıb Ötən ay Gürcüstandan 355 ədəd avtomobil ixrac olunub.
Region
18 May , 2020 11:47
Gürcüstandan avtomobil ixracı 94% azalıb

Ötən ay Gürcüstandan 355 ədəd avtomobil ixrac olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İllik müqayisədə avtomobil ixracı 16,9 dəfə və yaxud 94,1% azalıb.

Qonşu ölkənin aprel ayında idxal etdiyi avtomobillərin sayında isə 80,7% azalma qeydə alınıb. Belə ki, Gürcüstan 1 100 avtomobil idxal edib ki, bu da illik müqayisədə 4 612 ədəd və ya 5,1 dəfə azdır. 

Son xəbərlər

Orphus sistemi