Gürcüstanda yük maşınları sürücüləri ilə bağlı yeni təlimat hazırlanıb

Gürcüstanda yük maşınları sürücüləri ilə bağlı yeni təlimat hazırlanıb Gürcüstanda beynəlxalq yük daşıyan avtomobillərin sürücülərinin koronavirusla bağlı yoxlamadan keçirilməsi üçün yeni təlimat hazırlanıb.
Region
12 İyun , 2020 16:55
Gürcüstanda yük maşınları sürücüləri ilə bağlı yeni təlimat hazırlanıb

Gürcüstanda beynəlxalq yük daşıyan avtomobillərin sürücülərinin koronavirusla bağlı yoxlamadan keçirilməsi üçün yeni təlimat hazırlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qaydalara əsasən, Gürcüstan ərazisinə daxil olarkən ölkə və xarici vətəndaş olan sürücülər gömrük məntəqəsində testdən keçiriləcək. Prosedur bütün lazımi inventarla təchiz olunan xüsusi məntəqədə yerinə yetiriləcək.

Sürücüdə COVID-19 virusu təsdiqlənərsə, o, xüsusi mərkəzə çatdırılacaq və bioloji materialı əsasında xüsusi laborator araşdırma aparılacaq.

Gömrük məntəqəsindəki yoxlama zamanı Gürcüstan vətəndaşı olan sürücüdə virusa yoluxma halı aşkarlanmırsa və o, testdən sonra ölkə ərazisini 72 saat ərzində tərk etmirsə, məcburi karantinə alınacaq. Sürücü karantin zonasını təkrar testdən sonra tərk edə bilər. Testin keçirilməsi sürücü, işəgötürən, idxalçı/ ixracatçı şirkət və ya digər maraqlı tərəfin hesabına olacaq.

Epidemioloji nəzarət və karantin qaydalarını pozan sürücülər Gürcüstan qanunvericiliyinə uyğun qaydada cərimələnəcək.  

Son xəbərlər

Orphus sistemi