Gürcüstanda yeni siyasi platforma yaradılıb

Gürcüstanda yeni siyasi platforma yaradılıb Gürcüstanın “Lelo” hərəkatı, Qurucular Hərəkatı və Yeni Sağlar partiyaları yeni siyasi platforma təsis ediblər.
Region
29 Noyabr , 2019 19:27
Gürcüstanda yeni siyasi platforma yaradılıb

Gürcüstanın “Lelo” hərəkatı, Qurucular Hərəkatı və Yeni Sağlar partiyaları yeni siyasi platforma təsis ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, siyasi təşkilatlar ölkədə yaranan çıxılmaz vəziyyətin aradan qaldırılması üçün sıx əməkdaşlıq edəcəklər.

Platforma paritet əsasda və bərabər tərəfdaşlıq əsasında formalaşıb.

Yeni Sağlar Partiyasının sədri Pikriya Çixradze bildirib ki, platforma cəmiyyətin etibarını qazanacaq: “Gürcüstan bizim vətənimizdir və biz onu güclü dövlətə çevirməliyik”.

Yeni platforma Gürcüstanın bütün müxalifət partiyaları kimi proporsional seçki sisteminə keçidi dəstəkləyir. 

Son xəbərlər

Orphus sistemi