Gürcüstanda yeni siyasi partiya yaradılacaq

Gürcüstanda yeni siyasi partiya yaradılacaq Gürcüstanın TBC bankının təsisçiləri - Mamuka Xazardze və Badri Caparidze siyasi partiya təsis edəcəklər.
Region
9 Sentyabr , 2019 16:33
Gürcüstanda yeni siyasi partiya yaradılacaq

Gürcüstanın TBC bankının təsisçiləri - Mamuka Xazardze Badri Caparidze siyasi partiya təsis edəcəklər.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə M.Xazaradze jurnalistlərə bildirib.

Onun sözlərinə ilk olaraq ictimai hərəkat yaradılacaq: "Yaxın günlərdə təşkilatın təsis olunacağı yeri, tarixi və vaxtı elan edəcəyik. Daha sonra tezliklə siyasi partiya da qurulacaq".

Bankir əhalidən güclü dəstəyin olduğunu və buna görə də hərəkat və partiyanın yaradılması prosesinin sürətləndirildiyini deyib.

Keçmiş baş nazir Giorgi Kvirikaşvilinin yeni siyasi birliyə qoşulacağı barədə yayılan xəbərlərə münasibət bildirən M.Xazardze onunla əlaqə saxlamadığını qeyd edib: "Giorgi Kvirikaşvili siyasətdən gedib və beynəlxalq təşkilatda çalışır".

Orphus sistemi