Gürcüstanda yeni dövlət naziri təyin olunub

Gürcüstanda yeni dövlət naziri təyin olunub Tea Axvlediani Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri təyin olunub
Region
6 Avqust , 2020 11:37
Gürcüstanda yeni dövlət naziri təyin olunub
Tea Axvlediani

Tea Axvlediani Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, T.Axvlediani bundan öncə səhiyyə nazirinin müavini olub.

Hökumət başçısı yeni dövlət nazirinə fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Gürcüstanda yaşayan milli azlıqlarla bağlı məsələlər barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin əsas fəaliyyət istiqamətlərindən biridir.  

 

Son xəbərlər

Orphus sistemi