Gürcüstanda yağan dolu azərbaycanlıların yaşadığı kəndə ziyan vurub

Gürcüstanda yağan dolu azərbaycanlıların yaşadığı kəndə ziyan vurub Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta kəndində (Aşağı Güləver) ötən gün yağan güclü dolu yaşayış evlərinə ciddi ziyan vurub.
Region
5 İyun , 2019 17:57
Gürcüstanda yağan dolu azərbaycanlıların yaşadığı kəndə ziyan vurub

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta kəndində (Aşağı Güləver) ötən gün yağan güclü dolu yaşayış evlərinə ciddi ziyan vurub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu gün Bolnisi rayonunun icra başçısı Davit Şerazadişvili bələdiyyənin infrastruktur departamentinin rəhbəri ilə birgə kəndə baş çəkib.

Güclü dolu kənddəki yaşayış evlərinin dam örtüklərini yararsız hala salıb.

D.Şerazadişvili dolunun ziyan vurduğu kənd sakinləri ilə görüşüb və yaranan problemlərin aradan qaldırılacağına söz verib. 

Son xəbərlər

Orphus sistemi