Gürcüstanda vəzifəli şəxs iki nəfəri bıçaqlayıb

Gürcüstanda vəzifəli şəxs iki nəfəri bıçaqlayıb Gürcüstanın Dedoplitskaro bələdiyyəsinin Qamarcveba kəndinin sakrebulo (bələdiyyə məclisi) üzvü Giya Çinçarauli iki nəfərə bıçaqla xəsarət yetirib.
Region
8 İyun , 2020 12:01
Gürcüstanda vəzifəli şəxs iki nəfəri bıçaqlayıb

Gürcüstanın Dedoplitskaro bələdiyyəsinin Qamarcveba kəndinin sakrebulo (bələdiyyə məclisi) üzvü Giya Çinçarauli iki nəfərə bıçaqla xəsarət yetirib.

“Report”un yerli bürosu xəbər verir ki, ötən gecə vəzifəli şəxs və yerli sakinlər arasında mübahisə, daha sonra isə dava olub. 

Qarşıdurmanın səbəbi hələ məlum deyil. Xəsarət alan şəxslərin qardaş olduqları bildirilir. Onlar yerli xəstəxanaya yerləşdirilib. Lakin əməliyyatdan sonra onların vəziyyəti ağırlaşdığına görə Tbilisiyə çatdırılıblar.

G.Çinçarauli artıq saxlanılıb. O, günahını etiraf edib.

Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 7 ildən 13 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi