Gürcüstanda vaksinasiyanın əhatəsi genişləndirilir

Gürcüstanda vaksinasiyanın əhatəsi genişləndirilir Gürcüstanda koronavirus əleyhinə vaksinasiyanın əhatə dairəsinin genişləndirilməsinə qərar verilib
Region
4 May , 2021 13:01
Gürcüstanda vaksinasiyanın əhatəsi genişləndirilir

Gürcüstanda koronavirus əleyhinə vaksinasiyanın əhatə dairəsinin genişləndirilməsinə qərar verilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəisi Giorgi Qibradze brifinqdə bildirib.

Onun sözlərin görə, bu həftədən etibarən hökumət və parlament üzvləri peyvəndlənməyə cəlb olunacaq.

G.Qibradze vurğulayıb ki, turizm və qonaqlama, sərnişindaşınma sahələrində fəaliyyət göstərən işçilər vaksinasiya üçün prioritet qruplar kimi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi