Gürcüstanda vaksinasiyada passivlik müşahidə edilir
Region
- 12 aprel, 2021
- 10:27
“Bu günə olan məlumata əsasən, Gürcüstanda 20 622 nəfər koronavirus əleyhinə peyvənd olunub”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, ötən gün 928 nəfər vaksinasiyadan keçib, son həftə ərzində isə orta göstərici 1 200 nəfər təşkil edib: “Peyvənd olunan şəxslərin sayı tələb olunandan azdır. Hazırkı mərhələdə gündəlik olaraq 3 mindən 4 minədək şəxs vaksinasiydan keçməlidir ki, gələn ilin mart-aprel aylarında kollektiv immunitet formalaşa bilsin”.
Qeyd edək ki, qonşu ölkədə vaksinasiyaya martın 15-dən start verilib. Prosesdə “AstraZeneca” və “Pfizer” preparatlarından istifadə olunur.
Son xəbərlər
10:25
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
Daxili siyasət10:20
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
Daxili siyasət10:18
NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
Komanda10:05
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır
Region10:00
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
Futbol10:00
27 Sentyabr – milli iradənin və fədakarlığın əbədi rəmzi
Qarabağ09:57
Foto
Naxçıvanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunur
Daxili siyasət09:44
Foto
Şəhid atası: Oğlum Ağdamın işğaldan azad olunmasında fəal iştirak edib
Daxili siyasət09:31
Foto