Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub

Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub Gürcüstanın Telavi rayonunun Buşeti kəndində uşaq bağçasında 20-dən çox uşaq zəhərlənib.
Region
2 Aprel , 2019 18:04
Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub

Gürcüstanın Telavi rayonunun Buşeti kəndində uşaq bağçasında 20-dən çox uşaq zəhərlənib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onlardan 13-ü intoksikasiya diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.

Zəhərlənmənin səbəbi hələ məlum deyil. Uşaqların içməli sudan zəhərləndiyi ehtimal olunur.

Bağça müvəqqəti olaraq bağlanıb. Gürcüstanın Milli Qida Agentliyinin əməkdaşları müəssisədə araşdırma aparırlar. 

Son xəbərlər

Orphus sistemi