Gürcüstanda torpaq sürüşməsi olub, insanlar təxliyə edilib

Gürcüstanda torpaq sürüşməsi olub, insanlar təxliyə edilib Bakı. 27 oktyabr. REPORT.AZ/ Gürcüstanın Acarıstan Respublikasının dağlıq ərazilərində leysan yağışları nəticəsində baş verən torpaq sürüşmələri Xelvaçauri rayonunun 7 kəndinə ziyan vurub.
Region
27 Oktyabr , 2018 10:42
Gürcüstanda torpaq sürüşməsi olub, insanlar təxliyə edilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Gürcüstanın Acarıstan Respublikasının dağlıq ərazilərində leysan yağışları nəticəsində baş verən torpaq sürüşmələri Xelvaçauri rayonunun 7 kəndinə ziyan vurub.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, Aqara, Korolistavi, Zeda Coço, Sameba, Zanakidzebi, Çarnali, Sarpi yaşayış məntəqələrində yollar dağılıb, elektrik xətləri və su kəmərləri sıradan çıxıb. 

Yerli qurumların məlumatına görə, Sameba kəndində evləri yararsız hala düşən bəzi ailələr təxliyə oluna bilər. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün rayon bələdiyyəsində fövqəladə qərargah yaradılıb.

Son xəbərlər

Orphus sistemi