Gürcüstanda "Tolerantlıq Günü"ndə azərbaycanlı müəllim mükafatlandırılıb

Gürcüstanda "Tolerantlıq Günü"ndə azərbaycanlı müəllim mükafatlandırılıb Bu gün Gürcüstanda "Tolerantlıq Günü"nə həsr olunmuş tədbir keçirilib.
Region
16 noyabr 2023 15:43
Gürcüstanda Tolerantlıq Günündə azərbaycanlı müəllim mükafatlandırılıb

Bu gün Gürcüstanda "Tolerantlıq Günü"nə həsr olunan tədbirdə Tbilisidəki 73 saylı tam orta məktəbin azərbaycanlı müəllimi Leyla Babayeva mükafatlandırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Tbilisi Şəhər Şurasının binasında keçirilən tədbirdə Azərbaycan Guşəsi də yaradılıb.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkil etdiyi guşədə Azərbaycanın Qarabağ, Quba, Gürcüstanın Borçalı və digər bölgələrinə aid xalçalar, milli geyimlər, məişət əşyaları nümayiş etdirilib.

Belə bir guşəni yaratmaqda əsas məqsəd Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini təbliğ etmək, dünyaya tanıtmaqdır.

Tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycan səfirliyinin, eləcə də Tbilisidə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri, və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tbilisi Şəhər Bələdiyyəsinin qərarı ilə ölkədə tolerantlığın inkişafına verdikləri töhfələrə görə milli azlıqların nümayəndələri mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi