Gürcüstanda teatr və kinoteatrlarla bağlı məhdudiyyətlər yumşaldılır

Region
  • 24 noyabr, 2021
  • 10:04
Gürcüstanda teatr və kinoteatrlarla bağlı məhdudiyyətlər yumşaldılır

Gürcüstanda pandemiya şəraitində teatr və kinoteatrlarda tamaşaçıların 50 %-nin iştirakına icazə veriləcək.

“Report”un yerli bürosunun məlumatına görə, bunu ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının nəzdindəki Operativ Qərargahın rəhbəri Giorgi Qibradze bildirib.

O deyib ki, tamaşaçıların sayının 30 %-dən 50 %-dək artırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, dekabrın 1-dən qonşu ölkədə teatr və kinoteatrlara tamaşaçılar COVID-19 pasportunun əsasında buraxılacaqlar.